Aynur Dadaşova həyat yoldaşını avtomobildə xəyanət edərkən tutdu - VİDEO

Nəqliyyat TV 15 İyul 2021 | 13:51
OXUNUB: 2824

ARB TV-nin “Sözbaz” verilişinin növbəti müsahibi müğənni Aynur Dadaşova olub. İşıqforda dayanarkən avtomobilin yan güzgüsündən baxanda həyat yoldaşının yanında başqa qadını görən Aynur Dadaşova onun xəyanətindən danışıb: “Gərək hər şeyə o vaxt son qoyardım. Bu qədər zaman gözləməzdim. Ömrüm getdi. Allah insanın qarşısına çıxardır ki, ay bəndə, ayıl! Yenə də dedim ki, övlad var. O xəyanətdən sonra 7 ay küsülü münasibət oldu. Oğlumun körpə olması və böyüyəndə “nə oldu? niyə?” suallarını verəcəyi ehtimalı məni çox qorxutdu. Sonra onunla olan həyatıma davam etdim. Heç bir qadın isti ocağına su töküb söndürmək istəməz. Xanım-xatun kimi əyləşib yeməyimi bişirirdim. Amma indi çörəkpulu dalınca qaçıram. Həm evdə səliqə, həm yemək bişir. Bəzi insanlar yazır ki, oxumağa görə boşandı. Düz yazıb, düz demirsiz, çünki siz mənim nə yaşadığımı bilmirsiz. Uşaqlarımın atasını o qədər sevmişəm, o qədər istəmişəm ki… Özümə yazığım gəlirdi ki, belə sevgi olar? Bəlkə də o sevgidən mən ölə bilərdim. Bu qədər yalanın, xəyanətin qarşısında mümkün olmadı”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man