Çində “Toyota Camry” markalı avtomobil hərəkətin intensiv olduğu bir küçədə partlayıb. Olanlar “Toyota”nın arxasındakı avtomobilin kamerasına düşüb. Avtosfer.az bildirir ki, partlayışa səbəb avtomobildəki qaz balonu olub. Belə ki, sürücü evinə aparmaq üçün aldığı qaz balonunu avtomobilin baqajına yerləşdirib, bir anda partlayan balon avtomobili alovlandırıb. Xoşbəxtlikdən sürücü ağır xəsarət almayıb. Geridəki avtomlobil ara məsafəsi saxladığı üçün ona da bir zərər dəyməyib. Bu hadisə “Toyota” üçün bir növ reklam halına gəlib. Belə ki, bu cür partlayış belə onun sürücüsünü ölümdən xilas edə bilib.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man