Gənclərin milli mənlik duyğusu və Vətən Müharibəsində gənclərin rolu

20 İyul 2021 | 14:03
OXUNUB: 1033
Gənclik dövrünün əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Dünyaya inteqrasiya, çağdaş zamanla uzlaşmaq baxımından gənc nəslin rolu böyükdür.
 
Vətənpərvərlik, milli mənlik ruhuna sahib olan gəncləri isə bir dövlətin sərvəti də hesab etmək olar. Demək olar ki, bütün ölkələrdə, cəmiyyətlərdə əsas prioritet götürülən keyfiyyətlərdən biri də məhz budur.

Maraqlıdır, Azərbaycanda  gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində üsütnülk təşkil edən amillər hansılardır? Gəncliyin milli mənlik şüuru, vətənpərvərlik hissləri hansı etapdadır?

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Sabir Rüstəmxanlı gəncliyin vətənpərvərlik ruhunun 80-ci illərdən bu yana ciddi şəkildə inkişaf etdiyini deyib:


"İndiki vaxtda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi son dərəcədə ciddidir. 1980-ci illərin ortalarından başlayaraq Azərbaycanda gəncliyin şüurunu hərəkətə gətirən, milli mənlik duyğusunu itiləyən əsas amil SSRİ-nin dağılması, SSRİ-yə qarşı Azərbaycanın müstəqilliyinə istiqamətlənmiş iş idi və bu yeni nəslin tərbiyəsində böyük rol oynamışdı. Müstəqillik dövründə isə torpaqlarımızın bir qismi işğal olunarkən, gəncliyin vətənpərvərlik, milli mənlik ruhu ciddi inkişaf yolu keçdi. Bu istiqamətdə istər hərəkat, istərsə də yazılan ədəbiyyatda biz bunu müşahidə etdik. Ümumilikdə isə milli şüurun formalaşması üçün məktəb, ailə tərbiyəsi kompleks təşkil etməlidir".
 
Deputat gəncliyin vətənpərvərlik ruhunun 44 günlük müharibə dövründə xüsusən qabarıq müşahidə olunduğunu bildirib:

"Mən indiki gənlikdən narazı deyiləm. Gənclərin vətənpərvərlik ruhunun hansı səviyyədə olmasını 44 günlük Vətən müharibəsi dövründə də gördük. Azərbaycanın bütün bölgələrində, hətta uşaqlar belə bu dövrdə hazır idilər ki, savaşa getsinlər. Yəni, Azərbaycan gəncinin vətənpərvərlik ruhunun inkişafının hansı səviyyədə olduğunu bütün dünya görə bildi. Yeni gənclikdən müəyyən mənada yaşlı nəsil gileyli qala bilir, lakin indiki məqamda belə bir əsas yoxdur".
 
Deputat Azər Badamov gənc nəslin vətənpərvərlik ruhunun müəyyən mərhələlər üzrə inkişaf etdiyini bildirib:   

 
"Gənclik ölkənin gələcəyidir və dövlətin strateji olaraq möhkəmlənməsi, eləcə də əbədi olmasının qarantıdır. Buna görə də ölkəmizdə düzgün istiqamətlənmiş gənclər siyasəti həyata keçirilir. Bu gənclər siyasətinin məqsədi isə milli mənəvi dəyərlərə uyğun gənc nəsilin tərbiyə edilməsi və sağlam gənc nəsilin formalaşdırılmasından ibarətdir.

Gənc nəsilin tərbiyə edilməsi ancaq dövlət vəzifəsi olmamalıdır. Ailədən başlayaraq hər bir uşaq gənc vaxtlarından milli vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Digər bir istiqamət isə məktəb illərində sağlam gənc nəsilin yetişdirilməsi ilə bağlı xüsusi proqramlar icra olunmalıdır. Xüsusi dərslər keçirilməlidir. Ölkənin tarixi, bu günü və gələcəyi haqqında gənc nəsildə düzgün təəssürat və fikir formalaşdırılmalıdır. O cümlədən yetkin gənc nəsilin tərbiyə olunması universitet səviyyəsində müəyyən layihə və proqramlara cəlb etməklə təmin olunmalıdır".

Deputat  bütün gəncliyin eyni milli ruhla tərbiyə etməyin mümkünsüzlüyündən də danışıb: 
 
"Mühüm məqamlardan biri də ali təhsil almış ixtisaslı gənc nəsilin işlə təmin olunması istiqamətində işlərdir. Yəni, gənc boş dayanmamalı, səmərəli əməklə məşğul olmalıdır. Düşüncələri həm vətənpərvərlik, həm milli-mənəvi dəyərlər, həm də müəyyən fəaliyyətlə qarışmalıdır. Bütün bu istiqamətlər gənclərimizin gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bütün gəncliyi vətənpərvərlik ruhunda milli-mənəvi şüurla tərbiyə etmək qeyri-mümkündür.
Gəncliyimizin əsas hissəsi dövlətə sədaqətli və sadiqdir. Bu özünü 44 günlük Vətən müharibəsində də göstərdi. Bütün gənclərimiz dəmir yumruq altında səfərbər oldular və hər kəsin bir məqsədi oldu. Bir nəfər belə fərari olmadı. Hamı ölkə ərazisinin bütövlüyü uğrunda düşməni öldürməyə və qəhrəmanlıq göstərməyə hazır olduğunu bildirdi. Bizim əldə etdiyimiz ən böyük dəyər budur".
 
Əzizə Zeynal

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man