Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən zəncirvari qəza barədə açıqlama verib. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev oxu.az-a bildirib ki, bu gün saat 11 radələrində Qara Qarayev prospektində 166 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun da iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi qeydə alınıb: “Hazırda qəza ilə əlaqədar tərəfimizdən də müvafiq araşdırma aparılır. Bununla əlaqədar 166 nömrəli marşrut xətti üzrə daşıyıcı “Vətən-az Trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb”.
***
Bu gün səhər saatlarında paytaxtın Qara Qarayev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, marşrut avtobusunun iştirakı ilə baş verən qəzada “VAZ-2107” və “Toyota Prius” markalı avtomobillər yararsız hala düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla baxğlı araşdırma aparılır.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man