Mingəçevirdə 7 yaşlı uşağı avtomobil vurub

Yol qəzaları 13 İyul 2021 | 23:43
OXUNUB: 1343

Mingəçevir- Yevlax avtomobil yolunun Mingəçevir ərazisindən keçən hissəsində az yaşlı piyadanı avtomobil vurub.

 Mingəçevir şəhər Əkşkəm kənd ərazisində "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 2014-cü il təvəllüdlü Ş.Məhərrəmovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Mingəçevir şəhər Xəstəxanasına aparılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, azyaşlı içərisində yaxınlarının da olduğu maşından düşüb və qarşı tərəfə keçmək istəyib. Sağa-sola baxmadan anidən yola qaçdığı zaman da məlum hadisə olub.

Faktla bağlı araşdırmalara başlanılıb./report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man