Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var

Yol qəzaları 13 İyul 2021 | 13:13
OXUNUB: 446

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yil-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Yevlax Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonunun Cəfərabad kəndinin ərazisindən keçən 41-ci km-də qeydə alınıb. Belə ki, Şəkinin Şirinbulaq kənd sakini, 1965-ci il təvəllüdlü Bebişov Faiq Abbas oğlunun idarə etdiyi “Daimler Chrysler E200” markalı 66 BG 033 dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Kişvarov Eldar Hacırza oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99 DU 450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Hyundai Accent”də olan Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Antonoviç Qalina Alekseyevna aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man