Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2115" markalı minik maşını ilə "VAZ 21099" avtomobil toqquşub. Qəza zamanı iki qadın - 1970-ci il təvəllüdlü Heydərova Zülfiyyə Surxay qızı və 1990-cı il təvəllüdlü Orucova Günel Müzadil qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man