ABŞ-da yaşanan qəribə hadisə yaxınlıqdakı evin kamerasına düşüb. “Ford” markalı avtomobillə sedanın toqquşmasından sonra qəza iştirakçıları arasında qaça-qovdu yaşanıb.
Avtosfer.az bildirir ki, “Buik” markalı avtomobilin sürücüsü yol kəsişməsinə çatdığı üçün sürəti aşağı salıb, amma onların arxasında hərəkətdə olan “Ford Explorer”in sürücüsü bir anda sürəti artırıb. Nəticədə o, sedanı da özüylə bərabər sürükləyərək ağaca çırpıb. Bu azmış kimi “Ford”dan enən sürücü “Buik”dəki qızla oğlanı qovalamağa başlayıb. Evin sahibi onların arxasınca çıxsa da hadisə yerində heç kimi tapmayıb. Daha sonra qızla oğlan ev sahibinə yaxınlaşaraq ondan üzr istəyib. Məlum olub ki, “Ford”un sürücüsü qızın keçmiş sevgilisidir və hadisəni qısqanclıqdan törədib.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man