“Ukrayna xalqı erməni əsilli birini prezident kürsüsündə görmək istəməz” – Arsen Avakovun şansları aşağı dəyərləndirilir

15 İyul 2021 | 16:23
OXUNUB: 646

"Avakov uzun illər ərzində daxili işlər naziri vəzifəsini icra edib. Eyni zamanda o, müəyyən elektoratı malik olan siyasətçidir. Yəni, o təkcə məmur kimi deyil, həm də siyasətçi kimi bu vəzifəyə gəlib. Əlbəttə, onun son addımı Zelenski hakimiyyətinə də təsirsiz ötüşməyəcək. Bəzi şərhçilər bildirirlər ki, bu növbəti seçkilər üçün hazırlıqdır - Zelenskidən uzaqlaşmaq və gələcək prezident seçkilərində sərbəst şəkildə öz namizədliyini irəli sürmək”.


Bunu Sfera.az-a açıqlamasında politoloq Fərhad Məmmədov Ukraynada erməni əsilli Arsen Avakovun daxili işlər naziri postundan istefası haqqında danışarkən deyib.



Politoloq Avakovun istefasının Ukrayna siyasətində ciddi məsələ olduğunu deyib:


"Hazırkı geosiyasi vəziyyət də istefanı və Avakovun gələcək təkbaşına siyasətlə məşğul olmasını şərtləndirir. Çünki Rusiya ilə ABŞ münasibətlərinin müəyyən dərəcədə sistemləşmiş hala gəlməsi, eyni zamanda "Şimal Axını 2” layihəsinin əvvəl-axır həyata keçirilməsi və Ukraynanın burada səsinin eşidilməməsi, NATO-ya Ukraynanın üzvlüyə qəbul edilməməsi Zelenskinin ziyanına işləyən məqamlardır. Hamı anlayır ki, onun xarici siyasət kontekstində verdiyi vədlər sona qədər yerinə yetirilmir. Əlbəttə, burada Ukraynanın günahı o qədər də yoxdur. Amma bu da öz növbəsində Zelenskinin reytinqinə mənfi təsir göstərir. Böyük ehtimalla, Avakov bunları nəzərə alaraq, müstəqil şəkildə siyasətdə iştirak edə vəən ali kürsüyə iddiasını ortaya qoya bilər”.


Ekspert deyib ki, Avakov bu illər ərzində həm elektorat, həm maliyyə gücü toplayıb, həm də hüquq mühafizə orqanlarında onu geniş dəstəkləyən şəbəkəyə malikdir:


"Azərbaycana gəldikdə isə Avakovun orda olub-olmaması Ukraynanın siyasətinə təsir etmir. Azərbaycanla Ukraynanı bir-birinə strateji tərəfdaşlıq münasibətləri bağlayır. Digər tərəfdən, bizim təbii maraqlarımız üst-üstə düşür - beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin qarşılıqlı dəstəklənməsi, ticarətin artması və.s. Ukraynada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan siyasəti davamlı şəkildə yüksələn xətlə inkişaf edir”.


Milli Məclisin deputatı Naqif Həmzəyev isə saytımıza açıqlamasında deyib ki, Arsen Avakov bu ölkədə çox önəmli postlardan birini tuturdu və onun müəyyən dərəcədə güc sahibi olduğunu etiraf etmək lazımdır:



"Avakov erməni əsilli olduğu üçün azərbaycanlılara qarşı sərt mövqeyi ilə yadda qalıb. Onun yenidən aktiv siyasətə qayıda biləcəyi və prezident postuna namizəd kimi hazırlanması ilə bağlı gəzən fikirlər və şayiələrin nə dərəcədə doğru olub-olmadığını yaxın gələcəkdə biləcəyik. İstənilən halda, Ukrayna xalqı erməni əsilli birinin belə mühim postda olması ehtimalına isti yanaşmayacaq. Belə bir namizədin uğurlu olcağını da düşünmürəm”.


Millət vəkilinin sözlərinə görə, Arsen Avakovun həmişə erməni mövqeyini dəstəklədiyini və hazırda Ermənistan-Ukrayna münasibətlərində də müəyyən dərəcədə soyuqlaşma olduğunu unutmamalıyıq:"Ermənilər Ukraynanın Rusiya ilə olan mübarizəsini dəstəkləmir, bu baxımdan da erməni əsilli birinin yenidən aktiv siyasətə qayıtmasının real olacağını zənn etmirəm. Fikrimcə, Ukrayna artıq hazırkı prezidentin yenidən seçilməsini dəstəkləyə bilər və ya mövqeyi bu şəkildə davam etdirəcək”.


Günay Rəsulqızı

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man