Ağır qəzada xəsarət alan yaralıları yol polisləri belə xilas etdi - VİDEO - FOTO

İctimai nəqliyyat 11 İyul 2021 | 21:04
OXUNUB: 7121

Bakı – Şamaxı yolunda avtomobil aşıb.

Avtosfer.az-ın əldə etdiyi görüntülərdən belə məlum olur ki, yol polisi əməkdaşları həmin avtomobildə xəsarət alan 3 nəfəri patrul avtomobiliylə təcili tibbi yardım maşınlarına çatdırıblar. İnspektorlar Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti alayının 3-cü tağımının komandiri, polis mayoru Ülfət Şükürovla əlaqə saxlayaraq hadisə barəsində məlumat verəndən sonra yaralıların yol patrul avtomobili ilə təcili yardıma çatdırılması barədə qərar qəbul olunub. Tağım komandirinin göstərişi əsasında həmin 3 nəfər yaralı, patrul avtomobiliylə Müşviq postuna çatdırılıb. Orada isə təcili yardım həkimlərinə təhvil verilib. Yaralıların təcili yardım avtomobillərinə yerləşdirilməsinə də polis əməkdaşları köməklik göstərib.

Xatırladaq ki, hadisə bu gün Bakı – Şamaxı yolunda baş verib. “KİA” markalı maşın yoldan çıxaraq aşıb və nəticədə yanıb.

Həmin görüntüləri təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man