Bakıda özünü maşınların altına atıbpul qazanan daha bir şəxs peyda oldu - FOTO

Nəqliyyat xəbərləri 11 İyul 2021 | 00:03
OXUNUB: 6796

Son vaxtlar Azərbaycanda özünü qəsdən avtomobillərin altına ataraq sürücüləri şərləyən və onlardan pul qoparan şəxslər peyda olub. 

Avtosfer.az xəbər verir ki, onlardan biri də Sabunçu rayonu ərazisində 99-PH-213 dövlət nömrə nişanlı   avtomobilin sürücüsünün qarşısına çıxıb. Həmin avtomobilin sürücüsü bununla bağlı sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, dünən axşam saat 20:32 radələrində Sabunçu rayonu ərazisindəki 3saylı xəstəxananın qarşısında bir nəfər özünü avtomobilin önünə atıb. Sürücü dərhal reaksiya verərək maşını saxlaya bilib. Bunu görən həmin şəxs özünü yerə çırparaq “məni vurdun” - deyə qışqırmağa başlayıb. Sürücü isə maşından düşərək həmin şəxsi söyüb və onun yalan danışdığını deyib. Bundan sonra fotoda gördüyünüz bu şəxs hadisə yerindən qaçıb. Sürücü bildirir ki, bir qədər əvvəl yol polisindən zəng edərək onu şöbəyə dəvət ediblər. Sürücü o şəxsi vurmadığını sübut etmək üçün avtomobilinin fotosunu da paylaşıb və bildirib ki, hər hansı bir yol nəqliyyat hadisəsi baş verməyib. Sadəcə olaraq həmin şəxs özünü avtomobilin qarşısına ataraq ondan pul qoparmaq niyyətində olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man