Qubada avtomobil motosikletçini vuraraq hadisə yerindən qaçıb

Yol qəzaları 10 İyul 2021 | 00:46
OXUNUB: 6542

Qubada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil hərəkətdə olarkən, motosikletə arxadan çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Motosikletin sürücüsü dəbilqədən istifadə etdiyindən yüngül xəsarətlər alıb.

Yaralı Quba Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man