Qanunsuz sərnişin daşıyanların qurbanı olmayın – Avtovağzallar sizin üçün tikilib - VİDEO - FOTO

Nəqliyyat TV 09 İyul 2021 | 12:51
OXUNUB: 2974

Sərt karantin rejimindən sonra artıq bir aydır fəaliyətə başlayan avtovağzalda bu gün vəziyyət heç də ürəkaçan deyil. Avtovağzal demək olar ki, boşdur. Rayonlara yollanan iritutumlu avtobuslar cəmisi 8-10 nəfərlə səfərə çıxmalı olur. Belə olan halda maraqlı suallar ortaya çıxır; indiyədək rayonlara gediş-gəliş üçün avtobus tələb edən, “avtovağzallar işləsin” deyən sərnişinlər hara getdi? Avtovağzallar tam gücüylə işləyir, avtobuslar yerində, bəs, sərnişinlər hanı? Bu suallara cavab tapmaq üçün Bakı Beynəlxalq Avtovağzalın özündə və ətrafında müşahidə aparan Avtosfer.az-ın əməkdaşları sərnişinləri qanunsuz sərnişindaşıma ilə məşğul olanların yanında tapıb. Məlum olub ki, vəziyyətin belə olmasının səbəbi sərt karantin zamanı insanların kiçik həcmli avtobusalardan, taksilərdən istifadəyə alışması olub. Vəziyyəti belə görüb bundan yararlananlar isə demək olar ki, vağzalın qarşısını ələ keçirib. Onlar hətta avtovağzalın ərazisinə daxil olaraq peronlardan sərnişin “tuturlar”. “Bir yerim qalıb, beş dəqiqəyə yola düşürəm” kimi vədlər verərək sərnişinləri aldadıb avtovağzaldan çıxarırlar. Beləcə, sərnişinlər bilərəkdən və ya bilməyərəkdən qanunsuz sərnişin daşıyanların toruna düşür. Bəs bu zaman nə baş verir? Məlum məsələdir ki, qanunsuz fəaliyyət göstərən bu taksilər və mikroavtobuslar yalnız qazanclarını düşündükləri üçün dincəlmədən bir gün ərzində uzaq məsafələrə hətta bir neçə reys edirlər. Onlar həm də tibbi müayinədən keçmirlər. Nəqliyyat vasitələrinin texniki müayinəsi isə ümumiyyətlə, yada düşmür. Daim harasa tələsən insanlar mənzil başına tez çatmaq üçün vağzala getməyə tənbəllik edərək bu vasitələrdən istifadə etməyə üstünlük verir. Onlar avtovağzaldan 5-6 manata daha ucuz və təhlükəsiz gedəcəkləri yolu guya qısa etdiklərini düşünərək bu taksilərə əyləşir və bir saata qədər onun sərnişinlə tam dolub yola çıxmasını gözləyir. 
Təbii ki, müştəri doldurana qədər itirdiyi vaxtı geri qazanmaq üçün bu taksilər yolda sürət həddini aşır. Onlar yollardan mütəmadi istifadə etdiyi üçün radarların və kameraların yerini əzbər bilirlər. Odur ki, yola çıxan kimi qaçdı-qovdu başlayır. Nəticədə, hər il yollarda baş verən ağır qəzalarda həmin bu qanunsuz sərnişin daşıyan taksi və mikroavtobusların da sayı çoxalır.
Avtovağzala gəlincə isə burada sərnişinlərə həm konfortlu, həm də təhlükəsiz şəkildə səyahət təqdim olunur. Burada pandemiya zamanı, xüsusən də “Delta” təhlükəsi ilə üz-üzə qaldığımız bu zamanda xəstəliklərin yayılmasının qarşısını almaq üçün bütün tələblərə əməl olunur. Sürücülər hər dəfə reysqabağı tibbi muayinədən, avtobuslar isə texniki baxışdan keçirilir. Bu avtobuslara səyahət zamanı hətta iki sürücü ayrılır ki, yolda sürücü yorulub hər hansı bir təhlükə yaratmasın. 
Amma çox təəssüf ki, insanlar canlarını riskə atmaq bahasına da olsa yolu daha qısa tutmağa çalışır. Unutmaq lazım deyil ki, qısa dediyiniz bu yol çox təlükəlidir və həyatınızı qısalda bilər. Ən gözəl səyahət təhlükəsiz və daha ucuz başa gələn səyahətdir. Siz bilet alıb avtobusla səfərə çıxırsınızsa, deməli, dövlətə xeyir vermiş olursunuz. Üstəlik, sizin həyatınız sığortalanır.
Dövlət tərəfindən xeyli vəsait xərclənir və yeni-yeni avtovağzallar tikilir ki, vətəndaşlar rahat olsun. Lakin vətəndaşlar toz-torpağın içində, tanımadıqları, heç kimin zəmanət vermədiyi sürücülərin xidmətlərindən istifadə etməyi üstün tuturlar. Hansı ki, onların xidmət haqqı avtovağzaldan daha bahadır...
Bir daha düşünməyə dəyməzmi?

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man