Toyota həvəskarları “Land Cruiser”in bu modelini mütləq sınaqdan keçirsin – VİDEO-FOTO

Nəqliyyat xəbərləri 09 İyul 2021 | 12:43
OXUNUB: 1812

Yapon texnologiyası yenə öz sözünü dedi. Toyota bu dəfə də bizi təəccübləndirə bildi. Toyota-nın krossover modelləri getdikcə necə təkmilləşirsə artıq yalnış olaraq formalaşan stereotiplər aradan qalxır. Yəqin xatırlayırsınız ki, Toyota-nın yeni Land Cruiser flaqmanı iyunun əvvəlində dünya premyerasında tanıdıldı.

“İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” xüsusiyyətini Toyota ən son versiyası ilə daha da irəliyə aparmış oldu. Bununla da Land Cruiser-in “etibarlılıq, davamlılıq və yolsuzluq performansı” kimi mahiyyətləri gücləndirildi.

Bakıda test edilən Toyota Land Cruiser LC 300 hamını heyrətləndirdi. Bu avtomobilin həm şəhər, həm də yolsuzluq üçün nəzərdə tutulan versiyalarını test etmək bir başqa həzz yaşatdı. Üstəlik, Toyota Azərbaycan-ın maraqlı bir yanaşması oldu ki, bu da bizə Land Cruiser-in köhnə modeli ilə yenisi arasındakı fərqi aydın hiss etməyə imkan verdi. Öncə bir neçə il əvvəl istehsal olunan Land Cruiser-i test etdim. BNA-nın Test-Training Mərkəzində yaradılan şəraitə uyğun olaraq sərt manevrlərdən keçməli idim. Avtomobili yerindən tərpədəndə gecikmənin şahidi oldum, sərt döngələrdə isə sürəti azaldaraq birtəhər manevr etdim. Çünki özüm də Toyota sürürəm və Prado-nun “4 motor” modelinin biraz köhnə versiyası ilə yol yoldaşıyam. Odur ki, ehtiyatı əldən vermədən testi bitirib maşını geri qaytardım. Sonra yolsuzluq üçün nəzərdə tutulan son model Land Cruiser LC 300 modelinin sükanı arxasına keçdim. Bələdçi yolu göstərən kimi qaz pedalına kiçik bir toxunuş etdim və maşının yerindən “xam at” kimi sıçraması məni qeyri-ixtiyarı güldürdü. “Aha, mən deyən maşındır deyəsən” deyib sərt döngəyə girdim, sürəti azaldaraq ehtiyatlı davranmaq istədim. Bələdçi bildirdi ki, narahat olmayın, sürəti daha da artırmaq olar. Ən çətin maneləri daha artıq sürətdə keçdikdən sonra maşında yumşaqlıq məni cəlb etdi.

Toyota-da məni hər zaman təhlükəsizlik cəlb edib. İstər RAV 4, istərsə də Highlander modelini test edərkən, Camry ilə tanış olarkən təhlükəsizliyə diqqət etmişəm. Hər zaman da məmnun qalmışam. Çünki maşının bər-bəzəyi yox, təhlükəsizliyi insan həyatı üçün önəmlidir. Qəza anında bər-bəzək heç kimi xilas etmir. Odur ki, Land Cruiser-in təhlükəsizlik yastıqlarının sayı, yumşaq sükan, sərt manevr imkanları və digər məqamlar önəmlidir. İşıqların avtomatik idarə edilməsi, kameraların daha müasir texnologiya əsasında işləməsi də maraqlıdır. Məsələn, siz maşına əyləşdikdə bir düymə ilə maşının dörd tərəfini görəcəksiniz. Bu isə o deməkdir ki, maşını xırda sürtünmələrdən, gözlənilməz maneələrdən qorumaq mümkün olacaq.

Baqaj hissəsinin yenilənməsi, ayaqla açılıb-bağlanması, asqıların tamam dəyişməsi xüsusi qeyd edilməlidir. Məsələn, avtomobil yolsuzluq şəraitində elə çala-çökəyə düşə bilər ki, təkərlər çarpaz formasında yerdən üzülə bilər. Yeni Land Cruiser-də isə asqılar elə yerləşdirilib ki, təkərlərin yerdən üzülməsi baş vermir.

Ən yeni məqamlardan biri də sərt yoxuşa qalxan zaman qarşıda nə olduğunu görə bilməyən sürücüyə monitorun kömək etməsidir.

Mənim test etdiyimi şəhər mühiti üçün Land Cruiser-i 80 km/saat sürətədək qaldırdım və qəfil tormozlama etdim. Maşın təxminən 12-15 metr sürüşdü. Nəzərinizə çatdırm ki, mütəxəssislərə görə, bu sürətlə hərəkət edən zaman sürüşmə əmsalı adətən 40 metrə yaxın olur. Təbii ki, öncədən planlaşdırılmanın da rolu az deyil. Lakin adi sürüş zamanı da tormoz məsafəsinin qısaldığına inanıram.

Tamamilə yeni avtomobil: yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiya, yeni asqı sistemi və yeni xarici və daxili dizayn bu avtomobilə daha dah güc və gözəllik verir.

Toyota, yeni LC300 ilə Keyfiyyət, Davamlılıq və Etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.

Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həm yolda həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.

Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir.

Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilmişdir: ümumiyyətlə yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt Dakar Ralli təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.

Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanıb. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10% azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.

Göründüyü kimi, Toyota həm də ətraf mühitin qorunmasına xüsusi diqqət yetirir. Bu isə bütün beynəlxalq çağırışlara və təşəbbüslərə uyğundur. Toyota-nın hibrid avtomobillərə üstünlük verməsi buna misaldır.

Yeni Land Cruiser 300 modelini rəsmi dillerlərdən əldə edə bilərsiniz.

 

Elməddin Muradlı

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man