Ekskavatorun sürücüsü sağdan ötmə edənlərin qarşısını almaq üçün çox qəribə üsula əl atıb. O, “çömçəsini” sağ tərəfdən sallayaraq yolu bağlayıb.
Avtosfer.az bildirir ki, maraqlı hadisə Novosibirskdəki Berdskoe şossesində baş verib. Belə ki, tıxac zamanı səbrsiz sürücülərin sağdan ötmə əməliyyatı etməsindən boğaza yığılan ekskavator sürücüsü özünəməxsus şəkildə buna maneə olmanın yolunu tapıb. Qazmasını sağ tərəfdən sallayan sürücü tıxacda olanları qəzəbləndirsə də, məqsədinə nail ola bilib. Olanları kameraya çəkən avtomobillərdən birinin sürücüsü onun bu hərəkətinə gülsə də, təmkinlə tıxacda yolunu davam etməli olub.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man