Bakıda 40 yaşlı kişi "Zil"i düzəldərkən öldü

Yol qəzaları 08 İyul 2021 | 13:00
OXUNUB: 356

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, hadisə iyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında baş verib. 1981-ci il təvəllüdlü Vəli Quliyevin karxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Araz Mİ" MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin "Zil" markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man