Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki VAZ markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man