13 yaşlı oğlunu avtomobil sükanı arxasında əyləşdirib şəhərdə gəzməsini istəyən içkili ata uzun müddət bu addımının cəzasını çəkməli olacaq.
Avtosfer.az kp.ru-ya istinadən xəbər verir ki, insident Tatarıstanda qeydə alınıb. Ata oğluna "Toyota Camry"də əyləşib şəhərdə gəzməyi deyib. Şəhərdə hərəkət zamanı yol polisinin diqqətini çəkən avtomobil sahibi tələblərə baxmayaraq onu saxlamaqdan imtina edib. Sürəti artırması isə baha başa gəlib. Yol polisinin də maşınını əzib keçən 13 yaşlı hadisə yerindən qaçmağa çalışsa da, atası ilə birlikdə saxlanılıb. İndi atanı bir neçə illik sürücülük hüququndan məhrum olma və həbs gözləyir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man