Sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir. Bu barədə Avtosfer.az-a BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib. Bildirib ki, bununla bağlı “BakuBus” MMC də daxil bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.
Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələylə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib. Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara, insan həyatına səbəb olar. Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man