Nuran Abdullayev insult xəstələrinin müalicəsində ilkə imza atdı

Yeniliklər 07 İyul 2021 | 11:20
OXUNUB: 918

Kəskin işemik beyin insultu xəstələrinin damardaxili operativ müalicəsində istifadəsi nəzərdə tutulan yeni layihənin ilkin praktik sınaqları uğurla keçib.

AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevdir. Layihənin inkişafı üçün səy göstərən digər həmmüəllif həmyerlimizlə birgə çalışan tibb elmləri doktoru, almaniyalı alim Michael Schönfelddir.

İşemik insultlar zamanı beyindən trombun çıxarılmasında istifadə olunacaq bu yenilik dünyada ilkdir və bu, müalicə konseptində ciddi uğur hesab edilir.

Beyin əməliyyatlarında tətbiq olunacaq alətin hazırda Avropada patentləşməsi prosesi yekunlaşmaq üzrədir.

Alman şirkətlərindən biri məhsulun istehsalını həyata keçirmək üçün N.Abdullayev və M.Schönfeldlə razılığa gəlib. Bu da layihənin tətbiqində önəmli detallardan sayılır.

Artıq alətin Avropada bütün insult mərkəzlərində istifadəsi üçün "CE" sertifikatlaşması prosesinə də başlanılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man