Yanğınsöndürən maşın hadisə yerinə gedən zaman qəzaya düşdü - VİDEO

Yol qəzaları 06 İyul 2021 | 15:50
OXUNUB: 4662

Yanğından Mühafizə Xidmətinin avtomobili hadisə yerinə gedən zaman qəzaya düşüb. Xarici ölkədə qeydə alınan qəza videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, xüsusi səs və sayrışan işıq siqnallarını qoşaraq qırmızı işıqda yolayrıcına daxil olan yanğınsöndürən avtomobil, yaşıl işıqda hərəkət edən maşınla toqquşub. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib.

Qeyd edək ki, qanunvericiliyə görə üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda digər nəqliyyat vasitəsi sürücüləri onlara yol verməlidir.
O cümlədən üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu qanunun tələblərindən kənara çıxa bilər.

Bəzən sürücülər sükan arxasında yüksək səslə mahnıya qulaq asdıqları üçün və ya telefonla danışdıqları üçün ətrafdakı səsləri eşitməkdə çətinlik çəkirlər. Ona görə də bu cür ağır nəticələnək yol nəqliyyat hadisələri baş verir. Videogörüntüdəki halların baş verməməsi üçün sürücülər sükan arxasında daha diqqətli olmalı, mahnıya qulaq asarkən ətraf səsləri eşidəcək dərəcədə səsi tənzimləməli və mobil telefondan istifadə etməməlidir.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man