Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Azyaşlının iştirak etdiyi qəzada xoşbəxtlikdən ölüm hadisəsi qeydə alınmayıb.
Avtosfer.az bildirir ki, qəza yerinə gələn polis əməkdaşı ilk növbədə azyaşlı qızı sakitləşdirməyə çalışıb. Polis keçirdiyi qəzanın qorxusundan titrəyən uşağın üzünə su çəkərək ona nəvaziş göstərib. Onun bu hərəkətini lentə alan yoldan keçən birisi videonu sosial şəbəkələrdə yayıb. Vəzifə borcundan başqa insanlığını unutmayan yol polisimiz hər şeydən əvvəl vətəndaşa yardım etməyi özünə borc bilir. Bu qızcığaz isə polisin nəvazişli əllərini, ona təsəlli olan sözlərini ömrü boyu unutmayacaq.
Qeyd edək ki, hadisə Lökbatan dairəsində, Şıxov çimərliyi istiqamətindən gələn və dairədə hərəkətdə olan avtomobilin bir-birinə yol verməməsi səbəbindən baş verib.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man