DİN-dən Qazaxda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA

Yol qəzaları 06 İyul 2021 | 12:00
OXUNUB: 593

“Ötən gün Qazaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır yaralananların olduğuna dair yayılan məlumatlar əsassızdır”.

Bunu açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirilib ki, rayonun Aslanbəyli kəndində qeydə alınan yol-nəqliyyat hadisəsində həkimə yüngül xəsarətlə müraciət edənlər olub:

“Hadisə nəticəsində xəstəxanaya müraciət edilib. Sürücü və sərnişinlərə xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar”.

Qeyd edək ki, Qazaxın Aslanbəyli kəndində “Sprinter” markalı sərnişin avtobusunun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb və yeddi nəfər xəsarət alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man