Dollar sürətlə bahalaşacaq – FED bu addımı atan kimi...

08 İyul 2021 | 13:18
OXUNUB: 1595
ABŞ-da qiymətlərin gözləniləndən daha böyük sürətlə yüksəlməsi dolların bahalaşması prosesini sürətləndirə bilər. Çünki nəzərdə tutulandan yüksək olan inflyasiya ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən FED-in faiz artırmaq qərarını önə çəkməsinə səbəb olacaq. Maliyyə analitikləri hesab edir ki, FED faizləri artıran kimi dollar bahalaşacaq.
 
Sfera.az bildirir ki, Beynəlxalq Valyuta Fondu (BVF) da belə bir gözlənti içindədir. BVF-nin direktoru Kristalina Georgiyeva hesab edir ki, FED-in gözləniləndən tez faiz artırması inkişaf etməkdə olan ölkələr üçün risklidir. O düşünür ki, faiz artırılmasının önə çəkilməsi həmin ölkələrdə iqtisadi bərpa prosesini çətinləşdirəcək.

Proqnozlara əsasən nəzərdə tutulandan yüksək inflyasiya ABŞ-da pul-kredit siyasətinin sərtləşdirilməsi ilə nəticələnə bilər. Pul-kredit siyasətinin sərtləşməsi isə ilk növbədə faizlərin artırılmasını tələb edir. Bu halda dollar daha bahalı valyutaya çevriləcək, eyni zamanda dollarla alınan borclar üzrə faiz xərcləri artacaq.
Dolların bahalaşmasının ən böyük mənfi cəhəti investisiyaların infkişaf etməkdə olan ölkələrdən ABŞ-a doğru yönəlməsidir. İnvestisiyanın qaçışı həmin ölkələrdə sərmayə çatışmazlığı yaratdığından arzuedilən hesab olunmur.
 
Qeyd edək ki, dollar bu ilin iyunundan bahalaşır. Mayın sonundan bəri dollar 3 faizə yaxın bahalaşıb ki, bu da yüksək göstəricidir.
 
Vasif
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man