“Mercedes” “eActros” adlı elektrikli yük maşını istehsal edəcək. Avtosfer.az bildirir ki, avtomobillərin tədricən elektrikləşdirildiyi son illərdə yük maşınları da ənənəvi mühərriklərdən qurtulmağa başlayıb. “Mercedes”də ilk dəfə 2018-ci ildə layihəsini təqdim etdiyi elektrikli yük maşını “eActros”'u kütləvi istehsal üçün uyğun hala gətirib və ən yeni şəkildə təqdim edib. “eActros” arxa oxda yerləşdirilmiş iki maye soyuduculu elektrik mühərriki ilə təchiz edilib. 443 hp davamlı güc və 536 hp maksimum güc istehsal edən mühərriklər iki sürət qutusu ilə birləşərək yük maşınının sürətlənməsini yaxşılaşdırır. Yeni “eActros”un batareya gücü ən yüksək versiyada 420 kWh-a çatır. Yük maşınını tam doldurulmuş batareyası ilə 400 kilometr sürmə məsafəsi qətt edə bilir. “Mercedes-Benz eActros” şarj stansiyasında 1 saat ərzində yüzdə 20 ilə yüzdə 80 arasında doldurma edə bilər. Minik avtomobillərində olduğu kimi “eActros” da bərpaedici bir əyləc sisteminə malikdir. Bu şəkildə əyləcdən alınan enerji batareyalarda saxlana bilir. “eActros”-un qiyməti hələ açıqlanmayıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man