Yol hərəkəti qaydasını pozan sürücü ağır qəzaya səbəb oldu. Avtosfer.az xəbər verir ki, əks istiqamətli yolda yüksək sürətlə hərəkət edən sürücü qarşıdan gələn avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün avtomobildən bayıra çıxaraq yerə çırpılıb.
Qeyd edək ki, hadisə Rusiyada baş verib.
Sürücünün xırda bir səhvi ölümlə nəticələnəcək hadisəyə gətirib çıxardı. Bəzən “tələsirəm”, “xəstə dalınca gedirəm” deyib qaydaları pozan sürücülər qəzaların məhz məsuliyyətsizlik səbəbindən baş verdiyini anlamalıdırlar. Təhlükəsizlik kəmərini taxmayan sürücünün avtomobildən bayıra çıxması isə qəza zamanı kəmərin nə qədər vacib olduğunu bir daha əyani sübut etdi.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man