Biləsuvarda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib - FOTO

İctimai nəqliyyat 05 İyul 2021 | 14:21
OXUNUB: 627

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları reyd keçirib. 

Avtosfer.az xəbər verir ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində qayda pozan sürücülər saxlanılıb.

Tədbir zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə kobud qayda pozuntularına yol verənlər, həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilməklə barələrində qanunamüvafiq tədbirlər görülüb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man