Sürəti aşan sürücülərin gözü yaşlı qalacaq - YENİ RADAR TEXNOLOGİYASI GƏLİR

Nəqliyyat xəbərləri 05 İyul 2021 | 20:25
OXUNUB: 27892

Bakı-Qazax yolu ilə gedənlər belə bir mənzərənin şahidi ola bilər: sürətölçən radarlara təxminən 100-150 metr qalmış yolda dərin tormoz izləri görünür. Səbəb aydındır: sürücü radar qülləsini görüb sürəti kəskin azaldır, qurğunu keçdikdən sonra isə yenə öz bildiyi kimi gedir. Avtosfer.az bildirir ki, bu cür sürüş tərzi yolun buraxıcılıq qabiliyyətini aşağı salmaqla yanaşı, ciddi təhlükə mənbəyidir. Rayonlara sərnişin daşıyan sürücülər yollarda radarların yerini əzbər bildiyi üçün radara çatanda aşağı sürəti, keçəndən sonra isə bildikləri sürəti tətbiq edirlər. Qəzalar da elə buna görə baş verir. Bu cür halların qarşısını almaq üçün dünyada müxtəlif texnologiyalar tətbiq edilir. Məsələn, ağıllı radar deyilən bir cihaz var ki, yolun orta sürətini hesablayır və birinci radarı keçən sürücü sürəti aşaraq vaxtından əvvəl ikinci radara çatsa ona cərimə tətbiq edilir. 

İspan polisi isə tamam başqa bir mexanizm üzərində işləyir. Onlar artıq bunun çarəsini də tapıb. Mexanizm də çox sadədir: eyni ərazidə sürət rejiminə 1 deyil, sinxron işləyən 3 cihaz nəzarət edir. Stasionar radar hər yerdə yolun sol tərəfində 10 metr hündürlükdə quraşdırılır və uzaqdan görünür. Köməkçi radarlar isə əsas radardan 100-200 metr öndə və arxada, yolun sağında qurulur. Bu radarlar yerdə olduğu üçün sürücü bunu ya görmür, ya da psixoloji olaraq fikir vermir. Birinci radar avtomobilin əsas radara çatarkən sürəti kəskin azaltmasını, növbəti radar isə artırmasını real vaxt rejimində qeydə alır. Bundan sonrası polisə aiddir. Sürücüyə cərimə də yazıla, yaxud idarəyə dəvət edilib kəskin manevretməyə dair izahat tələb oluna bilər. Bir dəfə belə tələyə düşən sürücü çətin ki eyni xətanı törətsin.

Ümumilikdə İspaniyada rəsmi olaraq 4 tip radar var: səyyar, stasionar, orta sürət radarı və Pegasus helikopterləri. Sürət rejiminə dronlarla da nəzarət olunur.

PS. Bu yaxınlarda bir tanış jurnalistin rayona niyə şəxsi avtomobili ilə deyil, taksi ilə getməsinin səbəbini soruşduqda cavabdan necə deyərlər donub qalıdım. Həmkarım dedi ki, “hər dəfə Lənkərana gedib-gələndə azı 200 manat cərimə ödəyirəm”.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man