Bakıda taksi sürücüsünün qəza törətməsi anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Babək prospektində hərəkət edən “Azsamand” markalı avtomobilin sürücüsü sükan arxasında yuxuladığı üçün idarəetməni itirib. Yoldan kənara çıxan avtomobil ayırıcı zolağın üzərinə çıxaraq yol nişanını əzib və sonra ağaclara dəyərək dayanıb. Yolun kənarında piyadalar olmadığı üçün xoşbəxtlikdən qəza xəsarətsiz nəticələnib.
Qeyd edək ki, hadisə iyulun 5-i baş verib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man