Dünyada nadir olan bu avtomobil elə qiymətə satıldı ki... - FOTO

Nəqliyyat xəbərləri 05 İyul 2021 | 11:51
OXUNUB: 938

Dünyada sayı cəmi iki ədəd olan avtomobilin biri 5 iyun tarixində hərraca çıxarılıb. Onun satış qiyməti hərrac üçün record göstərici olub.

Avtosfer.az bildirir ki, hərraca çıxarılan avtomobil bütün ömrünü xüsusi kolleksiyalarda keçirib və sonda 1.341.000 dollara satılıb. Bu avtomobilin baha satılması əbəs yerə deyil. Çünki tayı bərabəri bu dünyada artıq mövcud deyil. Auksion üçün yenidən rənglənən avtomobil 1913-cü ildə ABŞ-ın İndiana ştatında yalnız lüks və yarış avtomobilləri istehsal edən Duesenberg şirkətinə məxsus olub. Duesenberg qardaşları avtomobilləri əsasən əl ilə yığıldığından alıcılar tərəfindən yüksək qiymətləndirilirdilər.

1921-ci ildə “Duesenberg” avtomobili hətta Fransa Qran Prisini də qazanıb. Yarışdakı müvəffəqiyyət yeni sərmayədarları cəlb etdiyindən markanın nüfuzu daha da artıb. Bundan sonra marka böyük sürətlə populyarlaşmağa başlayıb və yalnız Amerika bazarını deyil Avropanı da fəth edib.

Lakin 1937-ci ildə böhran səbəbilə şirkət fəaliyyətini dayandırıb. “Duesenberg”in son nüsxəsi 1938-1940-cı illər arasında anbarda qalan komponentlərdən yığılıb. Bu gün böyük məbləğə satılan bu avtomobil elə həmin son nüsxədən biridir.
Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man