İsmayıllıda ot daşıyan yük maşını yanıb - FOTO

Yol qəzaları 04 İyul 2021 | 19:54
OXUNUB: 2026

İsmayıllı rayonu ərazisində yük maşını yanıb.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində İsmayıllı-Lahıc yolunun Qəndov kəndi ərazisində qeydə alınıb.

Sürücü Şaiq Muradov yol istismar idarəsinə məxsus "Tatra" markalı yük maşını ilə ot daşıyarkən qəflətən avtomobildə yanğın başlayıb. Alov qısa vaxtda avtomobilin salonuna və yük yerinə keçib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı avtomobil, yük yerindəki 200 ədəd ot bağlaması tamamilə yanıb, sürücü Şaiq Muradov yanıq xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə avtomobilin yük yerinə çox yığılan ot bağlamaları kənddə elektrik naqillərinə toxunub, baş verən qısaqapanma nəticəsində yanğın başlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man