Bakıda şücaət göstərən yol polislərinin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, iyulun 3-ü Qala-Pirallahı yolunda hərəkətdə olan 90-XU-979 qeydiyyat nişanlı "Mercedes S Class" markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili aşırıb. Qəzadan sonra maşın qəfildən alışmağa başlayıb. Hadisə yerinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 99-YP-452 qeydiyyat nişanlı patrul avtomobilinin əməkdaşları gələrək sürücüyə kömək etməyə çalışıblar. Yol polisi əməkdaşları sürücünü yanan avtomobildən çıxararaq həyatını xilas edib və alovu söndürərək avtomobilin yanıb kül olmasının qarşısını alıblar.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə həmin patrul avtomobilinin ekipajı polis baş serjantı Əlizadə Rüfət Ərşad oğlu və
polis baş serjantı Müseyibli Rəşad Əlixan oğludur.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man