“OPEC +” çərçivəsində razılaşma yoxdur: neft yenidən ucuzlaşa bilərmi?

06 İyul 2021 | 12:11
OXUNUB: 1360
Neft qiymətlərindəki artım "OPEC +” çərçivəsində danışıqların nəticə verməməsi səbəbindən davam edir. Artıq "Brent” neftinin qiyməti 77 dolları ötüb. Proqnozlara görə yaxın günlərdə razılaşma əldə edilməsə, "Brent” neftinin qiyməti 80 dollara çata, hətta onu keçə bilər.
 
Sfera.az xatırladır ki, mövcud neft qiymətləri 2018-ci ilin oktyabrından bəri ən yüksək qiymətlərdir. Sonuncu dəfə "Brent” neftinin bir barelinin qiyməti 77 dolları 2018-ci ilin oktyabrın 29-da keçib.  

"OPEC +” ölkələrinin nazirləri bu ilin iyulun 5-də toplaşıb, yeni hasilat kvotasını müəyyənləşdirməli idi. Amma yekdil qərarın olmaması toplantının keçirilməsinə imkan vermədi.
 
Razılaşmanın əldə edilməməsi neft bazarında gərginliyi artırır. Bəs "OPEC+” çərçivəsində razılaşmanın əldə edilməməsi nə ilə bağlıdır və bu, hansı nəticələr doğura bilər?

Mövcud vəziyyətlə bağlı Sfera.az-ın suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin qiymətinin yüksəlməsi bəzi hasilatçıların daha çox kvota istəməsinə səbəb olub. Onun sözlərinə görə bu yanaşma yekdil razılaşmanın əldə edilməsini çətinləşdirir: "Razılaşmanın əldə edilməməsi Birləşmiş Ərəb Əmirliyi ilə bağlıdır. Əmirlik ona verilən kvota ilə razılaşmır. "OPEC+” Birləşmiş Ərəb Əmirliyinə gündəlik 3,2 milyon barel kvota təklif edir, amma Əmirlik 3,8 milyon barel kvota istəyir.
 
Əvvəllər belə bir hal Meksika ilə bağlı yaranmışdı. 2020-ci ildə Meksika iqtisadi vəziyyətinin ağır olmasını nəzərə alaraq hasilatı artıtdı, əvəzində ona təklif edilən kvota başqa ölkələr arasında bölüşdürüldü.
 
Birləşmiş Ərəb Əmirliyinin arqumenti isə fərqlidir. Əmirlik bildirir ki, qiymət 75 dollara yüksəlib və bütün kvotalar 2018-ci ildəki səviyyə çatdırılmalıdır. Birləşmiş Ərəb Əmirliyi bütün ölkələrin hasilatı artırmasını təklif edir və mövqeyindən geri çəkilmək istəmir.
 
Qazaxıstan da "OPEC+”un təklifini qəbul etmir. Kvotanın tətbiqinə görə Qazaxıstan Tengiz və Kaşaqan layihələrində hasilatı artıra bilmir. Halbuki, hər iki layihəyə görə böyük məbləğdə vəsait xərclənib və hasilat artırılmasa çəkilən xərclərin geri dönüşü çətin olacaq.
 
Bu səbəbdən Qazaxıstan 2021-ci ilin fevralında kvotalara əməl etmir və gündəlik hasilatı kvotalardan artıq olub”.
 
İ.Şaban xatırlatdı ki, "OPEC+” çərçivəsində razılaşmanın olmaması, hasilatın artırılması bir dəfə neft qiymətlərinin kəskin enməsinə səbəb olub. O bu dəfə oxşar vəziyyətin yaranacağına inanmır: "2020-ci ilin martın 6-da kvotalarla bağlı razılığa gəlinmədi və bir ay müddətində "Brent” neftinin qiyməti 51 dollardan 15,96 dollara qədər düşdü. Mən inanmıram ki, yenidən oxşar vəziyyət yaransın. Ən azı ona görə ki, həmin ölkələr neftin kəskin ucuzlaşmasının acı nəticələrini görüblər. Qənaətimcə, neft ixrac edən ölkələr növbədənkənar toplantı keçirib yekun razılığa gələcəklər. Hesab edirəm ki, razılaşma üçün qarşılıqlı güzəşt olacaq və avqustun 1-dən yeni və hamını razı salan kvota tətbiq ediləcək”.
 
Vasif
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man