Polisin "Saxla"əmrinə tabe olmayan "KamAZ" qəza törətdi

İctimai nəqliyyat 03 İyul 2021 | 15:30
OXUNUB: 790

Salyan rayonunda polisin "Saxla" əmrinə tabe olmayan "KamAZ" qəza törədib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

İyulun 30-da saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən daimi postunda üzərində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilə “Saxla” işarəsi verilib.

Lakin sürücü tabesizlik göstərərək nəqliyyat vasitəsini “KİA” markalı xidməti avtomobilin arxa qanadına vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə sürücü saxlanılıb. Onun Dayıkənd kənd sakini E.Cəbrayılov olduğu müəyyən edilib.

E.Cəbrayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.3-cü, 332.1-ci, 332.1-ci, 332.2-ci, 341.2.1-ci və 342.7-ci maddələri ilə protokol tərtib edilərək Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Araşdırma aparılır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man