Azərbaycanlılar niyə tez ölür? – Orta ömür müddəti kəskin azaldı

05 İyul 2021 | 12:34
OXUNUB: 3862
"Pandemiya, sosial-iqtisadi problemlər və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər orta yaş ömrünü azaldıb”

Bu sözləri Sfera.az-a açıqlamasında Statistika Komitəsinin açıqladığı rəqəmlərə - Azərbaycanda orta ömür uzunluğunun 2019-cu ildəki 76,4 yaşdan 2020-ci ildə 73,2  yaş həddinə düşməsinin səbəblərindən danışarkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:
 
"Azərbaycanda orta yaş ömrünün azalmasına pandemiya və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin də təsiri olub. Orta yaşam yaşı hesablanarkən, ölkədəki əhalinin bütün kateqoriyasının ölüm göstəriciləri nəzərə alınır. Bu da sonda orta rəqəmə ciddi təsir göstərir. Birmənalı olaraq, orta yaş ömrünün azalmasına başlıca təsiri pandemiya göstərib. Keçən il ümumiyyətlə, Azərbaycanda 2019-cu illə müqayisədə ölüm faktları kifayət qədər çox olub.  Ona görə də ümumilikdə orta yaş həddinin aşağı düşdüyünü müşahidə edirik.
 
Ekspert burada digər amillərin də rolunun olduğunu söyləyib: "Əhalinin qidalanması, sağlamlıq mərkəzlərinə çıxışı da burada öz sözünü deyir. Azərbaycanda keyfiyyətli qida problemi var. Eyni zamanda,  bəzi hallarda sağlamlıq mərkəzlərinə rahat çıxışda da problemlərlə üzləşirik. Ödənişli klinikalarda daha keyfiyyətli müalicə aparılsa da, əksər insanlarımız pullu xidmətdən yararlana bilmir. Bunun özü də insan ömrünün keyfiyyəti və müddətinə təsir edən amillərdəndir”.

Həmsöhbətimiz problemin aradan qaldırılması üçün bu istiqamətdə daha dərin elmi araşdırmalara ehtiyac olduğu qənaətindədir:"Ümumiyyətlə keyfiyyətli və uzun ömürlü həyat üçün keyfiyyətli qida və səmərəli tibbi sektorunun olması vacib elementdir. Yaponiyada məhz bu amillərin nəticəsində insan ömrü daha uzundur”.

Rüfət SULTAN
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man