Nissan bu ölkədə 600 milyon dollarlıq nəhəng batareya fabriki tikir

Nəqliyyat xəbərləri 01 İyul 2021 | 13:36
OXUNUB: 776

Yapon sənaye nəhəngi yeni elektromobillər buraxacaq.
Nissan elektrikli avtomobillər bazarında əsas payçılardan biri olmaq planlarını genişləndirir.

 Yaponiyanın ikinci ən böyük avtomobil şirkəti Böyük Britaniyada, Sanderlenddə elektromobillər üçün yeni batareya fabriki (gigafactory - Tesla rəhbəri Erlon Maskın bazara gətirdiyi termin) inşa edəcək. Bu məqsədlə Nissan özünün batareya biznesi - Envision AESC vasitəsilə 450 milyon funt-sterlinq (621 milyon dollar) investisiya yatıracaq.

Əlavə olaraq, Sanderlenddə hazırda işləyən elektromobil zavodunun gücünü artırmaq və yeni modellər istehsal etmək üçün 423 milyon funt (584 milyon dollar) sərmayə qoyulacaq.

İlkin mərhələdə batareya fabrikinin gücü 9 Giqavatt/saat, istehsal həcmi ildə 100 min ədəd batareya olacaq. Nissan elektromobillərinə tələbat sürətlə artsa, 2030-cu ilə kimi istehsal gücünü artırmaq üçün əlavə 1,8 milyard funt (2,5 milyard dollar) investisiya da planlaşdırılır.

Layihə Böyük Britaniyada ilk iri həcmli batareya zavodudur və təxminən 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.///marja

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man