"Belə sərsəm ifadələr işlətməklə iki məsələdə bizə kömək edir" - Zatulinin Qarabağla bağlı açıqlamasına REAKSİYA

03 İyul 2021 | 12:20
OXUNUB: 2692
"Biz öz öhdəliklərimizdən boyun qaçırmağa və yayınmağa alışqan deyilik. Başqa sözlə, Rusiyanın bir neçə ildən sonra hər şeydən imtina edəcəyi qorxusu əsassızdır. Bu, Putinin canlı çıxışında da qeyd olunub. Rusiya Dağlıq Qarabağı tərk etməyəcək. Moskva Dağlıq Qarabağla bağlı konkret öhdəliklər götürüb”. 
 
Bunu Rusiya-Ermənistan "Lazarev" klubunun təsisçisi və lideri, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib.

Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Samir Hümmətov qeyd edib ki, Zatulinin bu çıxışından Rusiyada hakimiyyətdə olan və ermənipərəst mövqeyi ilə tanınan bəzi dairələrin mövcud vəziyyətdən istifadə etməyə çalışdığı qənaətinə gəlmək olar:

"Təbii ki, Zatulin və Zatulin kimi dövlət elitasının nümayəndələrinin dilindən tez-tez belə ifadələrin səslənməsi bizim üçün təsadüfi deyil. İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdə Rusiyadakı bəzi dairələrin belə sərsəm ifadələr işlətməsi erməniləri arxayın salmaqla yanaşı, həm də Rusiyanın uzun müddət Cənubi Qafqazda, daha dəqiq desək, keçmiş Dağlıq Qarabağ coğrafi regionunda qalmaq niyyətindən xəbər verir".

Ekspert qeyd edib ki, Rusiyadakı bəzi dairələrin bu çıxışları regionda marağı olan digər güclərin hərəkətə keçməsi və arxa planda üstüörtülü şəkildə aparılan təbliğatın dayandırılması üçün birgə cəhdlər edilməsinə fürsətlər yaradır:

"Burada Zatulin və onun kimi digər xəyalpərəstlərə xatırlatmaq lazımdır ki, Azərbaycan 10 noyabr 2020-ci il üçtərəfli bəyannamədə Rusiyanın 5 il müddətində "sülhməramlı" funkisyanı yerinə yetirməsinə icazə verib. Zatulin və onun kimiləri isə söylədiyi bu fikirlə iki məsələdə bizə kömək etmiş olurlar. Birincisi, ermənilərə verdikləri sözlərlə xəyal qırıqlığı yaratmış olacaqlar və ermənilərin olan inamı da bu sözlərlə birgə ölmüş olacaq. İkincisi, artıq Rusiyanın hansı niyyətdə olduğunu bilib ona görə siyasətimizi qurmağa imkan yaradır. Hesab edirəm ki, bu məsələdə Azərbaycanın müvafiq qurumları qəti mövqe ortaya qoymalı, bununla bağlı olaraq Rusiyadan izahat tələb etməlidirlər".

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man