“Dövlət ərköyün uşaq kimi davrana bilməz” – Razi Nurullayev

02 İyul 2021 | 12:11
OXUNUB: 1603
"İmişlinin bazarı yandı və rayon ciddi bir fəlakət yaşadı. İndi zərər çəkənlər kompensasiya tələb edir. Hökumət düşünür ki, mən niyə ödəniş etməliyəm? Bazarın yiyəsi bəlli, pul qazanan bəlli. Xüsusən də "sığorta etdirin" xəbərdarlığını da etmişdilər”.

Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev deyib. O, məsələdən çıxış yolunu da qeyd edib:

"Dövlət ərköyün uşaq kimi davrana bilməz, nəyisə boş verə və məsuliyyəti vətəndaşların üzərinə qoya bilməz. Əgər bir biznes sahəsinin sığortası yoxdursa və fəlakət halında yük dövlətin üzərinə düşəcəksə, dövlət də zəhmət çəkib önləyici addımlarını atsın. Sığortası olmayan bazar, ticarət mərkəzi işləməməlidir. İşləməsinə icazə verilibsə, bu boşluq yaradılıbsa, məsuliyyət vətəndaşın yox, dövlətindir”.

R.Nurullayev qeyd edib ki, bundan sonrakı oxşar fəlakətləri önləmək üçün sığorta sistemi məcburi olmalıdır: "Bu sistem işlək vəziyyətə gətirilməli və sığorta şirkətlərinə də müştəri məmuniyyəti tələbləri ciddi şəkildə sərtləşdirilməlidir. Çıxış yolu budur”.
 
Günay
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man