Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, iyunun 26-da 90 RH 063 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Mehman Cəfərov və 90 LN 084 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Beyrək Vəliyev kənar dairəvi yol ilə hərəkətdə olarkən işıq cizahlarından düzgün istifadə etməyərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Bu barədə sosial şəbəkələrdə yayılmış görüntülər yol polisi tərəfindən araşdırılıb və sürücülər İdarəyə dəvət olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələri ilə müvafiq qaydada barələrində protokol tərtib olunub.
Bakı dairəvi yolunda sürücülər arasında insident yaşanıb. Videgörüntünü qeydə alan sürücü Avtosfer.az-a müraciət edərək qarşısını kəsən sürücülər barəsində ciddi tədbir görülməsini xahiş edib. Belə ki, videonu qeydə alan sürücü sözügedən yolda ötmə edən zaman arxadan gələn "Toyota Prado" markalı 90-RH-063 və 90-LN-085 qeydiyyat nişanlı avtomobillərin sürücüləri ona işıq siqnalı verərək tələsdirməyə başlayıblar: "Mən ötmə edən zaman onlar arxadan yol istəməyə başladı. Ötmə edib öz zolağıma qayıtdıqdan sonra hər iki "Toyota"nın sürücüsü qarşımı kəsərək məni dayandırmağa çalışdı. Onların maşınında bir neçə adam var idi. Mən maşını dayandırsaydım gəlib məni döyə bilərdilər. Ona görə də yolumu dəyişərək həmin sürücülərdən uzaqlaşmağa çalışdım".
Sürücü Daxili İşlər Naziriliyinin rəhbərliyindən həmin şəxslərin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man