Avtomobilin mühərrikini, katalizatorunu və ya başqa hissəsələrini təmizlətmək xərc tələb edən bir işdir. Elə məhz bu səbəbdən sürücülər xərcdən yayınmaq üçün tez-tez alternativ yollara baş vurur. Avtosfer.az bildirir ki, belə yollardan birinin videosu sosial şəbəkələrdə yayılıb. Belə ki, avtomobilin sürücüsü katalizatoru təmizləmək üçün "qluşitelə" su tökür və qaza basır, beləcə oradakı bütün çirk-pas çölə tökülür. Bu üsul həm katalizatoru, həm də qazanı təmizləməklə işə yarayan görünsə də, nə dərəcədə zərərsiz olduğuna mütəxəssis qərar verə bilər. Odur ki, siz də tətbiq etmədən öncə ustalarınızla məsləhətləşin.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man