Avtomobillərin sürətini lazer cihazlar ölçəcək: Yayınmaq mümkün olmayacaq - VİDEO

Nəqliyyat xəbərləri 28 İyun 2021 | 22:16
OXUNUB: 20505

Avtomobillərin sürətini daha düzgün, dəqiqliyi ilə ölçən lazer cihazların istehsalına başlanır.

Türkiyədə yerli və milli sənayedə istehsalına başlanılmış lazer mobil sürət sistemi avqust ayında istifadəyə veriləcək. MESAN Elektronika Sənayə Ticarət AŞ tərəfindən yaradılmış Medar MTS Mobil Sürət Ölçmə Sistemi Türkiyənin ilk lazer əsaslı sürət müəyyənləşdirmə və ölçmə sistemidir. Bu sistemin avtomobil yollarında istifadəsi üçün Beynəlxalq sertifikat alması gərəkirdi. Medar MTS bu sertfikatı almaq üçün TSE 612 şərtlərinə əməl edib. Lazer cihazların avqust və oktyabr aylarında tətbiqinə başlanacağı gözlənilir.

MESAN AŞ baş direktoru Mustafa Ünlü Medar MTS lazer sisteminin 4 zolaqlı magistral yollarda avtomobilləri təqib edərək sürəti müəyyənləşdirə bildiyini qeyd edib və deyib ki, bu cihaza böyük tələbat olacağından əmindir. Lazer sistem avtomobillərin sadəcə sürətini ölçmür, onların modelini, növünü, nömrələrini, seriyalarını da qeydə alır. Əvvəlki dopler texnologiyalı cihazlardan fərqli olaraq lazer sistemlə gecə saatlarında, qaranlıqda da sürəti ölçmək mümkündür.

Qısası, bu cihazın tətbiqi ilə sürücülərin qayda pozuntuları dəqiqliyi ilə müəyyən ediləcək./Sherg.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man