“Azərbaycan polisi kimi polis yoxdur” - Vüqar Muradov "Qaydalar hamı üçündür" dedi - VİDEO - FOTO

Nəqliyyat TV 28 İyun 2021 | 10:00
OXUNUB: 2317

Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün bu həftəki qonağı mügənni Vüqar Muradov oldu. 44 günlük Vətən müharibəsinin iştirakçısı və qazisi olan müğənni sükan arxasında da dövlətin qanunlarına tam şəkildə riayət etməyə çalışır. 
«Bizim polisimiz kimi dünyanın heç bir yanında polis yoxdur»- deyən Vüqar Muradov yol polisindən razılığını ağız dolusu dilə gətirərək, onların mərhəmətindən, qadına, qaziyə olan hörmətindən danışdı. 

İçkili halda sükan arxasına əyləşənləri «aktiv terrorist» adlandıran müğənni belə zamanlarda sürücülərə taksidən istifadə etməyi tövsiyyə edir: «Mən içəcəyim bir ortama gedirəmsə mütləq taksidən istifadə edirəm. Ayıq sürücü axtarmağa niyə vaxt sərf edim ki».

Motosiklet idarə edən və bir növ sürət «xəstəsi» olan Vüqar Muradovun başına gələn bir hadisə ona elə tövbə etdirib ki, müğənni hətta motosikletini belə satıb: «Qarşıma inək çıxdı, güclə saxladım. O gündən bir də sürətli avtomobil idarə etmirəm».

Günümüzdə «avtoşluq» edənlər, qaydaları pozaraq qazi adından istifadə edib polisin mərhəmətindən yararlanar da az deyil. Vüqar Muradov qazi olmasına baxmayaraq bu barədə danışanda belə çəkinir, nəinki qaziliyini reklam olsun deyə dillərdə dastan eləmək: «Bu, bizim Vətən qarşısında borcumuzdur, bundan istifadə etmək düzgün deyil».

Tanınmış bir sima olaraq Avtosfer.az saytı vasitəsilə sürücülərə səslənən Vüqar hər kəsdən gözəl gələcək üçün səbrli olmalarını istədi: «Gəlin, gözəl bir cəmiyyət yaradaq, birinci özümüzdən başlayaq».
Buyurun, izləyin.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man