“VAZ 2106” ilə toqquşan yük maşını aşdı: xəsarət alan var - FOTO

Yol qəzaları 28 İyun 2021 | 00:20
OXUNUB: 1948

Şəkidə axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindən keçən 35-ci km-də baş verib.

1982-ci il təvəllüdlü Şəki rayonu Çeşməli kəndində yaşayan Şabanov Rafiq Nəcməddin oğlu idarə etdiyi 99 JD 971 dövlət nömrə nişanlı yük avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 1955-ci il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini Nəbiyev Hamil Əli oğlunun idarə etdiyi “VAZ 2106” markalı 55 CB-987 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü Nəcməddin Şabanov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man