Bakıda beş qadını avtomobil vurub

Yol qəzaları 26 İyun 2021 | 10:15
OXUNUB: 1105

Gecə saatlarında paytaxtın müxtəlif rayonlarında qəza baş verib.

Avtosfer.az xəbər verir ki, hadisələr Suraxanı, Nəsimi, Səbail, Binəqədi və Yasamal rayonlarında qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1963-cü il təvəllüdlü Nəzərova Rasimə Abbas qızını, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində 1996-ci il təvəllüdlü Bəhrəmova Aygül İlham qızını, İstiqlaliyyət küçəsində 1987-ci il təvəllüdlü Bayramova Leyla Valeh qızını, Biləcəri qəsəbəsində isə yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Yadigarova Nigar Musa qızını və Abbas Mirzə Şərifzadə küçəsində isə 2001-ci il təvəllüdlü Tağıyeva Gülnar Arif qızını minik avtomobili vurub. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, piyada vurulması ilə nəticələnən avtoqəzalar sutkanın qaranlıq vaxtında baş verib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man