What’s Next for Windows adlı xüsusi tədbir çərçivəsində Microsoft şirkəti Windows 11 əməliyyat sistemini təqdim edib.
Təbii ki, bu, sürpriz bir hadisə olmadı. Belə ki, yeni əməliyyat sistemi barəsində məlumatlar hələ bir neçə həftə bundan öncə ortaya çıxmağa başlamışdılar. Beləliklə Windows 11 yeni redizayn və yeni funksiyalar əldə edib. Windows 11 istifadəçiləri yenilənmiş istifadəçi interfeysi ilə qarşılayır. Beləliklə tətbiqlər ikonu və Start menyusu Taskbar-ın mərkəz hissəsində yerləşir. Windows 10-da olan kərpic formalı dizaynlar artıq keçmişdə qalıb. Start menyusunda isə seçilmiş tətbiqlərin ikonları və sistem tərəfindən məsləhət görülən elementlər yerləşirlər. Sistem tərəfindən məsləhət görülən elementlər dedikdə isə istifadəçiyə müəyyən anda faydalı ola biləcək tətbiqlər ilə fayllardan söhbət gedir.
Microsoft şirkəti Windows 11-də vidjetlər mərkəzi yaradılıb. Həmin vidjetlər mərkəzində hava proqnozu, təqvim, səhmlərin kursları, son xəbərlər və s. kimi məlumatlar əks olunurlar. Kənar tərtibatçılar da öz vidjetlərini yarada bilərlər. Buna görə də istifadəçilər vidjetlər mərkəzini öz istəklərinə uyğun ayarlaya biləcəklər. İstifadəçi hətta öz istəyinə uyğun olaraq vidjetlər mərkəzini bütöv ekran rejiminə də keçirdə bilər. Bununla belə vidjetlər mərkəzi ekranın ölçüsünə uyğun olaraq avtomatik şəkildə ölçü əldə edir. Windows 11-də bütün tətbiqlərin pəncərələri ilə menyular dairəvi künclər əldə ediblər. Bundan sonra istifadəçi hər hansısa tətbiqin bütöv ekranda əks olunması rejimini mümkün edən ikona klik edərsə, həmin tətbiqin ekranda nə cür yerləşməsi üzrə 6 seçim variantı əks olunacaq. Bunun sayəsində istifadəçi eyni anda bir neçə tətbiqlə çalışa biləcək.
Bundan əlavə olaraq ayrı-ayrı bir neçə iş mühitini yaratmağa imkan verən desktopların dəyişdirilməsi menyusu tamamilə sıfırdan hazırlanıb. Microsoft Store mağazası da ciddi dəyişikliklərə uğrayıb. Microsoft Store-da reallaşdırılmış ən vacib yenilik isə ondan ibarətdir ki, ona Amazon AppStore və Android tətbiqlərin dəstəyi əlavə edilib. Məlumatda qeyd edilib ki, Windows 11-də Android tətbiqlərin işə salınması üçün Intel tərəfindən hazırlanmış və körpü funksiyasını daşıyan element iştirak edir. Həmin element isə Windows 11-in Android tətbiqlər ilə uyğunlaşmasına şərait yaradır. Microsoft təmsilçilərinin sözlərinə əsasən yeni əməliyyat sistemində Android tətbiqlərin işə salınması prosesi tamamilə hamar şəkildə reallaşdırılacaq.///technote
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man