Sosial şəbəkələrdə yayılan video izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, görüntülərdə polis əməkdaşının ayağı protez olan gəncə kömək etdiyi əks olunub. Belə ki, polis onun çantasını götürüb və gedəcəyi istiqamətə qədər özü ilə daşıyıb. Həmin şəxsi taksiyə əyləşdirən polis əməkdaşı əlil gəncin mənzil başına çatmasını təmin edib. Sosial şəbəkə istifadəçiləri bu şəxsin 44 günlük vətən müharibəsi qazisi olduğunu qeyd ediblər. Eyni zamanda polisin bu hərəkəti təqdir olunub.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man