Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Ucar rayon sakini, 1991-ci il təvəllüdlü Həsən Tərlanovun idarə etdiyi "Chevrolet" markalı maşın Qalib İmanovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Chevrolet"in sürücüsü H.Tərlanov aldığı xəsarətlərlə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ucar Qaz İstismarı Sahəsindən verilən məlumata görə, 1600 abonentin qaz təchizatı dayandırılıb. Qaz sızması qısa müddətə dayandırılacaq və abonentlər təbii qazla təmin olunacaqlar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man