Bu ölkədə çimərliyə maşınla girməyin cəzası daha ağırdır – 15 min avro, həbs...

Nəqliyyat xəbərləri 25 İyun 2021 | 09:44
OXUNUB: 841

Bir neçə gün əvvəl Avtosfer.az saytında çimərlikdə “Niva” sürən 2 “bərkgedən oğlanın” videosu yayıldı. Sahildə lovğalıq edən bu uşaqlar polisin qarşısında islanmış cücəyə döndülər. Polis məsələyə vaxtında reaksiya verib müvafiq tədbiri görüb. Bu öz yerində. İnsanlar da bu sürücüləri özləri cəzalandırmayıb, işi dövlətə həvalə ediblər. Bu da təqdirəlayiq hal və ən doğru yoldur.

Bəs bu hadisə başqa ölkədə olsa cəza necə olardı?

Məsələni, yaxşı tanıdığım Fransa nümunəsi üzərində izah etmək istərdim. Bu ölkənin sahil xəttinin uzunluğu 5401 km-dir. Bizdən təxminən 6 dəfə böyük.

Fransada da intizamsız sürücülər yox deyil. Lakin onlara qarşı qanun daha amanıszdır. Kamera qarşısında bir üzrlə və ya kiçik cərimə ilə yaxa qurtarmaq mümkün olmayacaqdı.

Fransa qanunvericiliyinə görə, bu tip davrananlara “başqasının həyatını təhlükədə qoyma” (qanun və ya qərarla müəyyən edilmiş təhlükəsizlik qaydalarını qəsdən pozmaqla başqasının ölümü və ya xəsarət alması riski yaratma) ittihamı ilə cinayət işi açıla bilər. Qanunla insanların çimdiyi və ya dincəldiyi əraziyə nəqliyyatın girişi qadağandır. Yolda hansısa baryerin və ya qadağanedici nişanın olmaması bəhanə deyil. Bu əməl 15 000 avro cərimə və 1 ilədək həbslə cəzalandırılır.

Cəza müəyyən edilərkən digər qayda pozuntuları da mütləq nəzərə alınır (bu situasiyada yol hərəkəti qaydalarını pozma). Cəzaya əlavə olaraq sürücülük vəsiqəsinin ləğvi, nəqliyyat vasitəsinin müsadirə edilməsi və psixoloji uyğunluq kursuna göndərilmə də tətbiq edilə bilər. 

Məsələnin ikinci tərəfi də var: vaxtilə yol polisi avtoxuliqanlarla mübarizə aparanda bəziləri (bunların içində tanınmış insanlar da var) onlar üçün xüsusi meydança tikməyi təlb edirdilər. Sual olunur: hansı dövlət intizamsız vətəndaşın nazı ilə oynayır? Belə meydançaların yaradılması tələbini heç bir alman, ingilis və ya isveçli ziyalı səsləndirmir.

P.S. Bakıdakı qəbiristanlıqlardan birində 16 yaşlı gəncin baş daşının üstündə arxa fonda şahə qalxan “VAZ-2107” təsvir olunub. Altında da dünyadan nakam gedən uşağa həsr olunmuş bayatı. Bu şəkli çəkib yaymaq qeyri-etikdir. Amma görüb düşünməyə dəyər.

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man