Şəkidə iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Yol qəzaları 24 İyun 2021 | 11:20
OXUNUB: 354

İyunun 23-ü axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cumakənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Baş Laysqı kənd sakinləri - 1976-cı il təvəllüdlü Pərvanə Vaqif qızı Hüseynova, 1995-ci il təvəllüdlü Şamxal Abid oğlu Hüseynov və Cumakənd kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Vaqif oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan P.Hüseynovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətlənir. Digər yaralıların vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man