Göyçay bazarında avtomobil piştaxtaların üstünə çıxıb, xəsarət alanlar var - ANBAAN VİDEO - FOTO

Yol qəzaları 23 İyun 2021 | 16:10
OXUNUB: 1315

Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. "VAZ 21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan 1974-cü il təvəllüdlü Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Göyçay bazarında avtomobil piştaxtaların üstünə çıxıb, xəsarət alanlar var - <span class=Göyçay bazarında avtomobil piştaxtaların üstünə çıxıb, xəsarət alanlar var - <span class=

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man